Soltan Məmmədov: “Azərbaycan tarixin yeni bir mərhələsini yaşayır”backend

Soltan Məmmədov: “Azərbaycan tarixin yeni bir mərhələsini yaşayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tarixin yeni bir mərhələsini yaşayır.

İnterpress.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov Ulu Öndərin 100 illiyinə həsr olunmuş “100 il və onun fövqündə bir irs” adlı limitli qızıl sikkənin təqdimat mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkənin təqdimat mərasiminin Ulu Öndərin adını daşıyan bu möhtəşəm binada keçirilməsi də bizim üçün qürurvericidir: “Keçmişin ağrılı səhifələrini çevirərək gələcəyə daha böyük ümidlə və daha böyük nikbinliklə baxırıq. Əldə etdiyimiz hər bir uğurun arxasında Ümummilli Liderin ideyaları, onun siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidentinin müdrik siyasəti dayanır. Ulu Öndərin xatirəsi gələcəyə inamın, keçmişə ehtiramın möhtəşəm abidəsi kimi bizim yaddaşımızda hər zaman yaşayacaq”.

S. Məmmədov qeyd edib ki, Heydər Əliyev Fondu “AzerGold” QSC ilə çox sıx əməkdaşlıq edir: Bu əməkdaşlıq çərçivəsində bir çox sosial layihələr həyata keçirilib: “Daşkəsən rayonunda modul tipli tam orta məktəb binasının inşası, “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq simpoziumun təşkili, Gəncə şəhərində Autizm Mərkəzinin açılışı və digər ictimai əhəmiyyətli layihələr bu əməkdaşlığın gözəl nümunələri kimi qiymətləndirilə bilər”.