SON ANDA: Ölkələrdən biri “3+3″ün sabahkı görüşündən çəkildibackend

SON ANDA: Ölkələrdən biri “3+3″ün sabahkı görüşündən çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi sabah Moskvada “3+3” formatında görüşün keçirilməyini təsdiqləyib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, “3+3” formatında görüş xarici işlər nazirlərinin müavinlər səviyyəsində keçiriləcək: “Sabah Cənubi Qafqaz üçün “3+3” regional məsləhətləşmələr mexanizmləri formatında birinci iclası keçirilməlidir. Rusiya tərəfini həmin görüşdə xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edəcək. Görüşün nəticələri və təmsil olunan ölkələrin tərkibi haqqında daha ətraflı sabah danışa bilərik”.

Zaxarova Gürcüstan nümayəndəsinin də bu görüşə dəvət olunduğunu açıqlayıb: “Onlar görüşdə iştirakdan imtina etdilər.