SON DƏQİQƏ: Dünyanın ən varlı prezidenti vəfat etdibackend

SON DƏQİQƏ: Dünyanın ən varlı prezidenti vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xəlifə bin Zayed Al Nəhyan 2004-cü ildən dövlət başçısı idi.

Xəlifə bin Zayed Al Nəhyan 1948-ci ildə Əl-Ayn vahəsində doğulub. O, 2004-cü il noyabrın 3-də BƏƏ Ali Şurası tərəfindən ölkə Prezidenti seçilib. Al Nəhyan 2009, 2014 və 2019-cu illərdə təkrar bu posta seçilib.