SON DƏQİQƏ: İcra başçısı “Tarqovı”nı icarəyə verdi – VİDEObackend

SON DƏQİQƏ: İcra başçısı “Tarqovı”nı icarəyə verdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonunda Fəvvarələr meydanında skuterlərin qanunsuz hərəkəti davam edir.

Bu barədə İnterpress.az-a bir qrup şəhər sakini növbəti dəfə məlumat verib.

Sakinlər deyir ki, ərazidə skuterlərin əlindən hərəkət etmək mümkün deyil.

Onların sözlərinə görə, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun qərarı ilə burada skuterlərin hərəkətinə qadağa qoyulsa da bu qərara məhəl qoyan yoxdur.

Sakinlər bunu skuterlərin sahibi ilə İcra başçısının müştərək əməli kimi qiymətləndirirlər.

Onlar iddia edir ki, İcra başçısı qadağa qərarı imzalasa da, ərazini skuterlərin sahibinə icarəyə verib və beləliklə müəyyən məbləğdə icarə haqqı ilə bağlı razılıq əldə olunub.

Paytaxt sakinləri və şəhərimizin qonaqları isə skuterlərin hərəkətinin onlara mane törətdiklərini söyləyirlər.

Asudə vaxtlarını səmərəli keçirmək üçün ailə üzvləri və ya dost və rəfiqələri ilə Fəvvarələr meydanında gəzintiyə çıxan sakinlər hər tərəfdən şütüyən skuterlərin piyadaların hərəkətini çətinləşdirdiyini bildirirlər.

Ərazidə skuterlərə nəzarətlə məşğul olan şəxslər isə burada skuterlərin qadağan olunması ilə bağlı onlara heç bir məlumatın verilmədiyini bildirirlər.

Ümid edirik ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov artıq bu mövzuda silsilə materialların davamının gəlməməsi üçün Fəvvarələr meydanında skuterlərin hərəkətinə tətbiq edilən qadağanı bərpa edəcək və piyadaların sərbəst və təhlükəsiz hərəkətinin təmin olunmasına şərait yaradacaq. Əks halda İnterpress.az olaraq vətəndaşlarımızın hüquq və vəzifələrinin qorunmasında, eləcə də onları narahat edən problemlərin digər müvafiq instansiyalara çatdırılmasında öz dəstəyimizi əsirgəməyəcəyik.