SON DƏQİQƏ: Konor Makqreqor saxlanıldıbackend

SON DƏQİQƏ: Konor Makqreqor saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor İrlandiyanın paytaxtı Dublində saxlanılıb.

İnterpress.az “Irish Independent” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı döyüşçü təhlükəli avtomobil idarə etdiyi üçün tutulub.

İdmançının “Bentley Continental GT” markalı maşını cərimə meydançasına göndərilib. Polis bölməsinə aparılan Makqreqora qarşı ittiham irəli sürülüb. O, iclas təyin olunanda məhkəməyə gəlmək öhdəliyi ilə zaminə buraxılıb.

Döyüşçü təqsirli bilinsə, 5500 ABŞ dolları məbləğində cərimə ödəyə və ya 6 aylıq həbs oluna bilər.