SON DƏQİQƏ: Milli Qəhrəmanımızın ailəsi Ukraynadan təxliyə olundu, Bakıya yola salındı – FOTOLARbackend

SON DƏQİQƏ: Milli Qəhrəmanımızın ailəsi Ukraynadan təxliyə olundu, Bakıya yola salındı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Ukrayna əsilli Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Moldovanın paytaxtı Kişineudan Bakıya yola salınıb.

İnterpress.az xəbər verir ki, Kişineu Beynəlxalq Hava Limanında Milli Qəhrəmanın ailəsinin Bakıya yola salınmasında Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və səfirliyin əməkdaşları iştirak ediblər.

Onlar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qaynar nöqtə hesab edilən Xarkov şəhərindən təxliyə edilərək martın 18-dən Kişineu şəhərinə yerləşdirilib. Milli Qəhrəmanın həyat yoldaşı müalicə olunmaq üçün səfirlik tərəfindən xəstəxanaya yerləşdirilib, ailəyə hər cür diqqət və qayğı göstərilib.

Milli Qəhrəmanın qızı Oksana Seryogina açıqlamasında bildirib ki, Azərbaycanın dövlət başçısı bu çətin dövrdə də ailəmizin yanında oldu və Prezident İlham Əliyevin tapşırığı ilə qaynar nöqtədən təxliyə olunmağımıza yardım edildi.

“Bu həssas münasibətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm”, – deyə Oksana Seryogina əlavə edib.