SON DƏQİQƏ: Putin dünyada hərbi cinayətkar elan edildibackend

SON DƏQİQƏ: Putin dünyada hərbi cinayətkar elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Seymi Rusiyanın Ukraynada törətdiyi soyqırım aktlarını qətiyyətlə pisləyir və Prezident Vladimir Putin hərbi cinayətkar elan edilib.

İnterpress.az “PolskieRadio”ya istinadən xəbər verir ki, martın 23-də Seym müvafiq qətnamə qəbul edib.

Bildirilir ki, bu, alqışlarla, yəni səslər hesablanmadan, lakin seçicilərin reaksiyasına əsasən təsdiqlənib.

“Polşa Respublikasının Seymi uzun müddət davam edən zorakılıq aktlarını, hərbi cinayətləri, insanlığa qarşı cinayətləri, soyqırım aktlarını, insan hüquqlarının sistemli şəkildə pozulmasını və beynəlxalq hüququn digər cinayətkar pozuntularını pisləyir”, – qərarda deyilir.