SON DƏQİQƏ: Sumqayıtda avtobus qəzaya düşdü, xeyli sayda yaralı var – FOTObackend

SON DƏQİQƏ: Sumqayıtda avtobus qəzaya düşdü, xeyli sayda yaralı var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

İnterpress.az xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

 

Belə ki, “Hyundai” markalı mikroavtobus “Hyundai Santa Fe” minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, “Hyundai” markalı minik avtomobili və “Hyundai” markalı sərnişin avtobusu toqquşub.

Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Nəticədə müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişin minik avtomobilindən, 2 nəfər sərnişin isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.