Sovetskidə biabırçılıq: qadınlar maskaya görə əlbəyaxa davaya çıxdıbackend

Sovetskidə biabırçılıq: qadınlar maskaya görə əlbəyaxa davaya çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqun 7-ci Sovetski küçəsində yerləşən “Diksi” mağazasında iki alıcı qaydasız döyüşə çıxıblar.

İnterpress.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.

İlkin məlumata görə, qadınlar birində maska olmadığı üçün mübahisə edib. Qadınlardan biri maska taxmadığı üçün xoşuna gəlməyən tdigər qadını çəkməyə başlayıb.

Zərərçəkənin həkimlərin köməyinə ehtiyacı olub, ona burnunun əzilməsi və sıyrıqları, həmçinin sol əlinin barmaqlarında dişləmə diaqnozu qoyulub.

Vəziyyəti qənaətbəxş olduğu üçün ona evə getməyə icazə verilib. Hadisənin bütün təfərrüatı araşdırılır.