Sudanda son vəziyyət: atəşkəsə baxmayaraq gərginlik azalmırbackend

Sudanda son vəziyyət: atəşkəsə baxmayaraq gərginlik azalmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda atəşkəsə baxmayaraq, gərginlik azalmır. Paytaxt Xartumda toqquşmalar baş verərkən, bölgədən partlayış xəbərləri gəlir. Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, münaqişələr davam edərsə, bu, region ölkələrinə də təsir edə bilər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ xəbərdarlıq edib ki, atəşkəs rejiminə əməl olunmaması halında sanksiyalar masadadır.

Sudan ordusu ilə paramiliter Çevik Dəstək Qüvvələri arasında Ciddədə imzalanan atəşkəs razılaşması qüvvəyə mindikdən qısa müddət sonra pozulub.

Paytaxt Xartuma hava zərbəsi endirilib. Tərəflər şəhərin bəzi rayonlarında ağır və yüngül silahlarla toqquşub.

Sudan Həkimlər Birliyi aprelin 15-də başlayan qarşıdurmalarda 863 nəfərin öldüyünü, 3531 nəfərin yaralandığını açıqlayıb.

Bir milyondan çox insan evlərini tərk etməli olub.

Sudan əhalisinin yarısından çoxunun, 25 milyon insanın humanitar yardıma ehtiyacı var.

Sudandakı münaqişələrlə bağlı BMT-dən diqqətəlayiq xəbərdarlıq gəlib.

Münaqişənin davam etməsinin region ölkələrinə mənfi təsir göstərə biləcəyi vurğulanıb.

Vurğulanıb ki, mövcud vəziyyət humanitar əməliyyatların tam həyata keçirilməsinə imkan vermir.

ABŞ Sudanda münaqişə edən tərəfləri qorxutdu. Xarici işlər naziri Antoni Blinken sudanlı generallara xəbərdarlıq edib ki, atəşkəsə əməl etməsələr sanksiyalarla üzləşəcəklər.