Sülhməramlılar ailələrini Qarabağa köçürür?backend

Sülhməramlılar ailələrini Qarabağa köçürür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni mənbələr sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi ilə bağlı iş aparıldığını iddia edir: Araik Rusiya ilə bu istiqamətdə danışıqlar aparır, razılıq verildiyinə dair məlumatlar var”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“İnformasiyanın doğruluğu sual altındadır, xüsusilə rus kongingentindəki hərbçilərin zaman-zaman yerdəyişməsi fonunda. Lakin bu ssenarinin separatçılara və ruslara sərf etdiyi də həqiqətdir;

– Separatçılar mümkün hərbi əməliyyatlar zamanı Azərbaycanı “sülhməramlıların ailələrinə qarşı da hücumda” ittiham edə, bununla rus kontingenti üzərindən özlərinin müdafiəsini təşkil edə biləcəklər;

– Rusiya bununla Qarabağdakı “rus icması”nı böyüdə və bölgədə uzunmüddətli qalmaq imkanlarını genişləndirə bilər”, – o əlavə edib.