Sumqayıtda evlərdən pul və qızıl oğurlayan şəxslər saxlanılıbbackend

Sumqayıtda evlərdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda evlərdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 10 500 manat pul və eyni məbləğdə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri S.Orucov, əvvəllər məhkum olunmuşlar T.Hacıyev və R.İsmayılov müəyyən olunaraq saxlanılıblar.