Sumqayıtda qamışlıq ərazidə baş verən yanğın iki fərdi yaşayış evinin həyətinə keçib.
Bu barədə İnterpress.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir.
Hadisə Yaşıl dərə yaşayış Massivində qeydə alınıb.
Yanğın qısa zaman ərzində İsa Məmmədova və Telman Quliyevə məxsus fərdi yaşayış evlərinin həyətinə keçib.
Nəticədə orada olan quru ot və taxtalar yanıb.
Hadisə yerinə FHN DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının digər evlərə keçməsinin qarşısı alınıb.