Suriya druzlarının ruhani lideri Suriya hökumətinə etimadsızlıq BƏYAN ETDİbackend

Suriya druzlarının ruhani lideri Suriya hökumətinə etimadsızlıq BƏYAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya druzlarının ruhani lideri Suriya hökumətinə etimadsız olduğunu bəyan edib və beynəlxalq müdafiəyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.

Son günlər Dürzilərin məskunlaşdığı Dəməşq ətraflarında baş verən qarşıdurmalar fonunda Suriyadakı Druz icmasının ən nüfuzlu ruhani liderlərindən biri Şeyx Hikmət əl-Hicri Suriya hakimiyyətinə etibar etmədiyini bildirib və beynəlxalq müdaxiləyə çağırıb.

“Baş verənlər bu cinayətlərin davam etməsinin qarşısını almaq və onlara dərhal son qoymaq üçün beynəlxalq sülhməramlı qüvvələrin dərhal müdaxiləsini tələb edir”, – o vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az