Suriya vətəndaşı İsrailin Rumıniyadakı səfirliyini yandırmağa cəhd edib.
İnterpress.az xəbər verir ki, 34 yaşlı Suriya vətəndaşı İsrailin Buxarestdəki səfirliyinə “Molotov kokteyli” atıb. Sonra isə özünü yandırmağa cəhd edib.
Daha sonra kiçik yanğın baş verib, yanğın söndürülüb. Yerli media xəbər verir ki, şübhəli Rumıniya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az