Suriyanın İdlib şəhərində İŞİD-in bir hücrəsi məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb. Bildirilir ki, Suriyanın İdlib şəhərində İŞİD-in bir hücrəsi məhv edilib.
Bundan əlavə, onların silahları, o cümlədən kamikadze kəmərləri, partlayıcı qurğular, snayper tüfəngləri, yüngül pulemyotlar və minaatan mərmiləri, həmçinin partlayıcı maddələr və onların hazırlanması və partladılması emalatxanası aşkar edilərək məhv edilib.
Saxlanılanların 5 iraqlının qətlində əli olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az