Suriyadan Livana silah ötürülməsi üçün istifadə edilən infrastruktur MƏHV EDİLDİbackend

Suriyadan Livana silah ötürülməsi üçün istifadə edilən infrastruktur MƏHV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Suriyadan Livana silah ötürülməsi üçün istifadə edilən infrastrukturu məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bəyanatında bildirilir.

İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədində, Hizbullah üçün Suriyadan Livana silah ötürülməsi üçün istifadə edilən “Canta” keçid məntəqəsindəki infrastruktura hədəfli hava zərbələri endirib.

İsrail ordusunun mətbuat xidməti bəyanatında qeyd edib ki, təşkilat Livana qaçaqmalçılıq yolu ilə silah keçirmək üçün mülki infrastrukturdan istifadə edir, daha sonra bu silahlar İsrail vətəndaşlarına hücum etmək üçün istifadə olunur.

Oktyabrın 1-də İsrail ordusu “Hizbullah 4400” xüsusi təyinatlılarının komandiri Məhəmməd Cəfər Kasirin, oktyabrın 21-də isə onun varisi Əli Həsən Həribin zərərsizləşdirildiyini elan edib. Məhz bu bölmə təşkilat üçün Suriyadan Livana qaçaqmalçılıq yolu ilə silah daşınmasına cavabdehdir.

Xuraman Etibarlı

İnterpress.az