Sürücülər maşın sürərkən əllərində olan hər hansı yemək və əşyalara görə cərimələnəcəklər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Ruiyada sürücülər maşın sürərkən dönər, kofe, enerji içkiləri və əllərində olan hər hansı əşyalara görə cərimələnəcəklər.
Kameralar sürməyə mane ola biləcək hər şeyi qeyd edəcək və avtomatik olaraq cərimələr verəcək.
Sürücülər səhv cərimələrə etiraz edə bilərlərz, lakin avtomobil idarə edərkən əllər tamamilə boş olmalıdır.
Yaxın vaxtlarda yol hərəkəti qaydalarına dəyişikliklər gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az