Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilibbackend

Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.

Bu barədə İnterpress.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.

İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və nazirliyin gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak ediblər.