Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının sabiq üzvü, AYB üzvü, tanınmış politoloq Svetlana Bayramovaya ağır itki üz verib.
İnterpress.az xəbər verir ki, onun həyat yoldaşı Azad müəllim vəfat edib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Türk Qadınlar Birliyinin, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı və Azərbaycan-Kərkük Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova Svetlana Bayramovaya başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Əziz Svetlana xanım,
Həyat yoldaşınız Azad müəllimin vəfatı xəbəri bizi dərindən kədərləndirdi. Azad müəllim hər zaman ailəcanlığı, ətrafdakı insanlara diqqət və qayğısı ilə seçilib. O, yaşadığı müddətdə bütün yaxınlarının qəlbində iz qoymuşdur. Sizin bu ağrılı günlərinizdə dərdinizə şərik olduğumuzu bildirir və başsağlığı veririk. Azad müəllimin xatirəsi onu tanıyan hər kəsin qəlbində əbədi yaşacaqdır. Allah rəhmət eləsin!”.