Tanınmış şair, yazıçı Giya Paçxataşvili aparıcı Zaur Baxşəliyevi tənqid edib.
İnterpress.az xəbər verir ki, bu barədə o feysbuk sosial şəbəkəsində bildirib.
“Heç də bizimlə olmayan Zaur Baxşəliyevə özünəməxsus nömrəsinə zəng çaldıq. Nəhayət ki, açanda xanımım salam – kalam edəndən sonra telefonunu qapatdı. Bir müddət sonra həmin nömrəni yığdıq və o:” iclasdayam, geri dönüş edəcəyəm”- deyərək, ( o da mesajdan sonra) bağlantıya son qoydu. Bu gün yenidən onunla əlaqə saxlamağa cəhd etdik dünənki effekt təkrar olundu. Sonda qərara aldıq ki, ona aşağıdakı məzmunlu mesaj qoyaq.
“Axşamınız xeyir. Niyə zəngi açmırsınız? Yəqin siz də insanları kateqoriyalara bölürsünüz. Daha cavabınıza ehtiyacımız yoxdur”.
Vurğulamaq istərdik ki, bu hər hansı bir şəxsi xahiş deyildi. Və bir qrup insanın marağını ehtiva edən bir təklif idi… Görünür verilişlər boyu özündən qat-qat böyüklərə “Sən “-deyərək, müraciət edən bu adam haçansa bağlanan verilişindən ötrü ağlamağını unudub. Amma bizim yadımızdadır… Barı keçmişə boylansın və bir həqiqəti dərk etsin – proqrqmların və sponsorların sonu olur amma insanlığın sonu olmur. Gülə-gülə səmimiyyəti göstərən bu adama Azərbaycan XALQ Artisti adı verilsə lap yerinə düşər. Onsuzda ŞOU Biznesdə çoxlu adamları var və onlar kömək edə bilər”, – o bildirib.