“Tarqovı”da rəzalət: küçəyə döşənən daşlar yoxa çıxıb – FOTObackend

“Tarqovı”da rəzalət: küçəyə döşənən daşlar yoxa çıxıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonunda yerləşən Əbdülkərim Əlizadə küçəsi bərbad vəziyyətə düşüb.

Bu barədə İnterpress.az-a şəhər sakinləri məlumat verib.

Bildirilib ki, küçəyə döşənən daşların istismar müddəti bitdiyi üçün dağılıb. Buna görə də yol illərdir bərbad vəziyyətdə qalıb.

Şəhərin məşhur Fəvvarələr meydanına bitişik olan bu küçənin bərbad vəziyyətə düşməsi sakinlərlə yanaşı, şəhərimizin qonaqlarının və turistlərin də təəccübünə səbəb olub.

Yola döşənən tamet daşlarının ovularaq toz halına çevrilməsi və beləliklə yoxa çıxması isə uzun illər ərzində mümkün olub. Belə çıxır ki, bu məşhur küçə illərdir Səbail Rayon İcra Hakimiyyətinin, şəxsən icrabaşı Vüqar Zeynalovun, eləcə də şəhərimizin abadlığına məsul olan Bakı Abadlıq İdarəsinin və onun rəhbərinin yadından çıxıb.

Bundan əlavə, şəhərimizin qonaqları və sakinlər yerdə yağış suları qalan zaman küçə ilə hərəkət etməyin mümkünsüzlüyünü bildiriblər. Qışda isə yeriyən zaman adamın ayağının altından qəfildən daşın sürüşməsi piyadaların yıxılması və xəsarət alması ilə nəticələnir.

Bütün bunlara baxmayaraq, aidiyyəti qurumlar hələ də müvafiq tədbirlərin həyata keçirilməsinə başlamaq istəmir.

Bu isə ictimaiyyətdə haqlı sual ortaya çıxarır.

Səbail RİH və abadlıq idarəsi şəhərin görkəmini itirməklə nəyə nail olmaq istəyir?

Ümid edirik ki, yuxarıda adları keçən qurumlar bu suala cavab vermək üçün hərəkətə keçəcəklər.