Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Rati Bar”ın yaxınlığında baş verən qarşıdurma ilə bağlı bir nəfər saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İstintaq 19-109-cu, yəni iki və ya daha çox şəxsi öldürməyə cəhd maddəsi ilə aparılır.
Xatırladırıq ki, “Rati Bar” yaxınlığında baş verən dava nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə dünən sosial şəbəkədə vətəndaş Saba Marqiani məlumat yayıb. Onun sözlərinə görə, xəsarət alanlardan biri boyun və kürək nahiyəsindən, ağciyərinə yaxın, digəri isə qol əzələsindən yaralanıb. Onlar klinikaya aparılıb.