Tbilisinin mərkəzində “Rusiya qanunlarına yox” yazısı olan pankart yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Pankart xarici agentlər haqqında qanuna vetonun aradan qaldırılması fonunda yerləşdirilib.
Gürcüstan parlamentinin spikeri Papuaşvili bildirib ki, prezident Zurabişvilinin vetosunu ləğv etdikdən sonra xarici agentlər haqqında qanun layihəsi imzalanmaq üçün yenidən onun administrasiyasına göndərilib. Onun sözlərinə görə, “çox güman ki, prezident sənədi imzalamayacaq” və müvafiq olaraq layihəni özü imzalayacaq.
Qanuna görə, prezident qanun layihəsini göndərdikdən sonra 5 gün ərzində imzalamazsa, parlamentin sədri onu imzaladıqdan sonra dərc edir və qanun qüvvəyə minir.
Xuraman Etibarlı
İnterpress.az