“Tək Millət, Tək Ürək” platformunun 100-cü günü – Hesabat vaxtıdırbackend

“Tək Millət, Tək Ürək” platformunun 100-cü günü – Hesabat vaxtıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Martın 11-i saat 11:00-da “Word Business Center”də “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformasının 100-cü günü ilə əlaqədar mətbuat konfransı keçiriləcək.

İnterpress.az xəbər verir ki, konfrans Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyun (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə baş tutacaq.

Mətbuat konfransında 44 günlük tarixi II Qarabağ Vətən savaşı çərçivəsində Azərbaycan üçün canlarını fəda etmiş şəhidlərimızın ailələrinə, yaralılarmız, qazilərimiz və onların ailə üzvlərinə hərtərəfli dəstəyi nəzərdə tutan, onların təhsil, sosial, həm də maddi-mənəvi problemlərinin həlli istiqamətində görülən işlərlə bağlı məlumat veriləcək.

“Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformasının 100-cü günü ilə əlaqədar keçiriləcək mətbuat konfransında Milli Məclisin deputatı Ramil Həsən və TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat başda olmaqla, Platformanın fəaliyyətində rolu olan tanınmış şəxslər, ziyalılar, iş adamları iştirak edəcək.

Mətbuat konfransı KİV və ictimaiyyət nümayəndələrinə açıqdır.

Əlaqə: Məhsəti Xəlilova
TÜİB Baş Koordinatoru
Tel no: 051 6415858
e-poçt: [email protected]

 

İnterpress.az