Telman İsmayılov niyə sərbəst buraxıldı?backend

Telman İsmayılov niyə sərbəst buraxıldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqronun milliyətcə azərbaycanlı iş adamı, “Çerkizov” bazarı və “Praqa” restoranının keçmiş sahibi Telman İsmayılova siyasi sığınacaq vermə səbəbi açıqlanıb.

 

bu barədə biznesmenin vəkili Miloş Vuksanoviç məlumat yayıb.

 

O qeyd edib ki, Sürix prokurorluğu Telman İsmayılova qarşı çirkli pulların yuyulması işini bağlamaq qərarına gəlib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb. Dünən isə biznemeninin ona siyasi sığınacaq verildiyi və sərbəst buraxıldığı bildirilir.

 

Xatırladaq ki, Telman İsmayılov oktyabrın 1-də Monteneqroda saxlanılıb. O, 2 ay müddətinə azadlıqdan məhrum edilib. Telman İsmayılov iki sahibkarın qətlində ittiham olunur.