Rusiya iqtisadiyyatı Ukraynaya qarşı müharibə səbəbindən zəifləyib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Böyük Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Rusiya iqtisadiyyatı Ukraynaya qarşı beş ilə yaxındır davam edən müharibə nəticəsində ciddi şəkildə zəifləyib.
Qəzetin məlumatına görə, maliyyə dairələri təkcə rusların rifahının uzunmüddətli azalması ilə deyil, həm də Kreml üçün siyasi cəhətdən təhlükəli ola biləcək sosial böhran riski ilə bağlı xəbərdarlıq edir.
Bununla belə, qəzet fərz edir ki, bu arada Vladimir Putin müharibənin gedişatını dəyişdirmək üçün yeni genişmiqyaslı eskalasiya və səfərbərliyə etibar etməyə çalışa bilər.
“Ola bilsin ki, Putin hər şeyi son gərginlik dalğasına — Ukraynanın mənəvi ruhunu qırmağa yönəlmiş kütləvi və həlledici səfərbərliyə qoyacaq. Lakin onun maliyyə dairələrindəki tənqidçiləri anlayırlar ki, Rusiya bu dağıdıcı müharibəni sonsuz olaraq maliyyələşdirmək iqtidarında deyil”, – “The Times” qeyd edir.
Nəşr vurğulayır ki, müharibə nə qədər uzun sürərsə, onun Rusiya iqtisadiyyatı üçün nəticələri bir o qədər ağır olar və hakimiyyətin hərbi xərcləri daha da artırmaq üçün imkanları bir o qədər azalar.
Xuraman Etibarlı
İnterpress.az






