“TikTok” blogerlərinin qazancı açıqlanıbbackend

“TikTok” blogerlərinin qazancı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə “TikTok” blogerləri bir sıra iri şirkətlərin rəhbərlərindən daha çox gəlir əldə edib.

İnterpress.az-ın məlumatına görə, bu barədə nüfuzlu “The Wall Street Journal” yazır.

Qeyd olunur ki, ötən il ən çox qazanan “tiktoker” 17 yaşlı Çarli d’Amelio olub. 133 milyon izləyicisi olan yeniyetmə 17,5 milyon dollar gəlir əldə edib.

Nümunə üçün qeyd edək ki, “Exxon Mobil” şirkətinin baş direktoru Darren Vuds 2021-ci ildə 15,6 milyon dollar, “Starbucks”ın rəhbəri Kevin Conson 14,7 milyon dollar, “McDonald’s”ın baş direktoru Kris Kempçinski 10,8 milyon dollar qazanıb.

Bundan başqa, Çarli d’Amelionun bacısı Diksi ötən 10 milyon dollar qazanaraq “TikTok” blogerləri arasında ikinci, Eddison Rey 8,5 milyon dollar qazancla üçüncü olub.

Ümumilikdə ən populyar “tiktoker”lərin illik ümumi gəliri 55,5 milyon dollar təşkil edib.