Tovuz sakinləri: “Biz sona qədər torpağımızda qalacağıq”backend

Tovuz sakinləri: “Biz sona qədər torpağımızda qalacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tovuz rayonunun Ağdam kəndinin sakinləri 1992-ci ildən bəri dəfələrlə atəşkəsin pozulmasına baxmayaraq, buradadır. Ermənilərlə sonuna qədər mübarizə aparacağıq”.

Interpress.az xəbər verir ki, bunu “Real” TV-yə müsahibələrində kənd sakinləri deyib.

Onlar bildirib ki, kənd sakinləri heç nədən qorxmur:

“İyulun 12-dən ermənilər sərhəddə atəşkəsi pozdu. Başladılar ağır artilleriyadan atəş açmağa. Bir anda səs-küy yarandı. Hər kəs özünü bacardığı qədər qorumağa çalışır. Kənd camaatı evlərini tərk etmir, etməyəcək də. Biz sona qədər torpağımızda qalacağıq. Azərbaycan Ordusuna güvənirik. Bizim hərbçilərimiz onlardan qat-qat güclüdür. Artıq ermənilər layiqli cavablarını alıblar, almaqda da davam edirlər”.