Tovuzda sel suları məktəb və evlərə doldu – VİDEObackend

Tovuzda sel suları məktəb və evlərə doldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub.

Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib.

Hazırda Yanıqlı kəndində elektrik enerjisinin verilişi dayanıb. Dəyən ziyanın aradan qaldırılması üçün kəndlərə Rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə rəsmiləri cəlb edilib.