Zaporojyedə toy fotosessiyası zamanı PUA vurulub.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Zaporojyedə toy fotosessiyası zamanı yeni evlənənlərin başı üzərində hava hücumundan müdafiə qüvvələri tərəfindən düşmənə məxsus pilotsuz uçuş aparatı vurulub. Bəy və gəlin binanın damında fotoqrafa poza verərkən şəhər üzərində partlayış səsləri eşidilib – Ukraynanın hava hücumundan müdafiə sistemi dronu məhv edib.
Partlayışlara və qəlpələrin düşmə təhlükəsinə baxmayaraq, fotosessiya dayandırılmayıb. Baş verənləri əks etdirən video qısa müddətdə sosial şəbəkələrdə populyarlaşıb. İstifadəçilər qeyd edirlər ki, müharibəyə rəğmən ukraynalılar yaşamağa və yeni ailələr qurmağa davam edirlər.
Əlavə olaraq bildirək ki, hüquq-mühafizə orqanları və fövqəladə hallar xidməti vətəndaşlara hava həyəcanı siqnalı zamanı mütləq şəkildə sığınacaqlarda olmağın zəruriliyini bir daha xatırladıblar.
Xuraman Etibarlı
İnterpress.az






