Tramp administrasiyası hələ də Ukraynanın mineral müqaviləsindən sonra Rusiyaya qarşı növbəti addımlardan əmin deyil.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin mənbələri bildiriblər ki, gələcək addımlar barədə konsensus yoxdur. Lakin gələcək addımlar ABŞ-ni çətin qərarlara, xüsusən də Rusiyaya birbaşa təzyiq göstərməsinə gətirib çıxara bilər.
Həmsöhbətlərdən biri qeyd edib ki, Tramp bu yolla getməyə qərar verərsə, növbəti addım təcavüzkar ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi ola bilər.
Xuraman Etibarlı
İnterpress.az