Tramp Konqresi ittiham etdibackend

Tramp Konqresi ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Konqresin Kapitoli binasına hücumu araşdıran xüsusi komitəsi onun 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirakına mane olmaq niyyətindədir.

İnterpress.az xəbər verir ki, o, bu ittihamı 12 səhifəlik müraciətində səsləndirib.

Tramp həm respublikaçılar, həm də demokratlar arasında keçirilən səsvermədə lider mövqedə olduğunu iddia edir. Onun fikrincə, bu, ABŞ-ın hazırkı administrasiyasının hərəkətləri nəticəsində yaranan rekord inflyasiya, qazın hədsiz artan qiymətləri və rəqiblərdən enerji asılılığı ilə bağlıdır. Eks-prezident hesab edir ki, ABŞ-ın təhsil sistemi böhran içindədir, qeyri-qanuni miqrantlar ölkəni “işğal edir”, təchizat zəncirinin pozulması isə həyatı iflic edib.

“ABŞ dağılır. Demokratlar bilirlər ki, mən bunu düzəldə bilərəm. Onlar məni dayandırmaq üçün əllərindən gələni edirlər, amma bizi dayandırmaq olmaz”, – deyə Tramp yazıb.

O, iddia edir ki, sadaladığı problemlərin hamısına saxta seçkilərlə hakimiyyətə gələn demokratlar səbəb olub.