Tramp qələbə qazandığını Ali məhkəmədə sübut etmək istəyirbackend

Tramp qələbə qazandığını Ali məhkəmədə sübut etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz hər yerdə qalib gəldik, biz tamamilə qalib gəldik”.

Bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd, ABŞ-ın hazırkı prezidenti Donald Tramp səsvermədən sonra seçicilərinə müraciətində bildirib.

Donald Tramp çıxış edən zaman 213, onun rəqibi Cozef Bayden isə 225 səs qazanıb. Bu Baydenin qələbəsi üçün kifayət edir.

“Biz hər yerdə qalib gəlmişik. Ancaq bugünkü nəticələr çox fenomenaldır. Texas, Ohayo, Corciya, Şimali Karloina, Pensilvaniya və başqa ştatlarda qələbə qazandıq. Mən Baydenin qələbə qazanmasından şübhələnirəm”,- Donald Tramp vurğulayıb.

O, çıxışında məhkəməyə müraciət edəcəklərini də qeyd edib: “Ali məhkəmə vasitəsi ilə seçkidə qələbə qazandığımı sübut edəcəyəm”.

“Bizə qələbə üçün bu ştatların belə hamısı lazım deyil”, – deyə o amerikalılara dəstəklərinə görə təşəkkür edib.

 

İnterpress.az