Tramp: Rusiya ordusu səhvən Sumının mərkəzini vurubbackend

Tramp: Rusiya ordusu səhvən Sumının mərkəzini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri “səhvən” Sumının mərkəzini vurub.

İnterpress.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Vaşinqtona gedərkən Air Force One təyyarəsində jurnalistlərə deyib.

Tramp dünən Rusiyanın Sumıya 34 nəfərin ölümü ilə nəticələnən raket hücumuna münasibət bildirib. Amerika lideri bunu “dəhşətli səhv” adlandırıb.

“Mənə dedilər ki, səhvdir. İnanıram ki, belə olub. Onlar səhv edinlər, bu, dəhşətli idi. Qulaq asın, onlardan soruşa bilərsiniz.”, – o qeyd edib.

Xatırladaq ki, aprelin 13-də səhər saatlarında Rusiya hərbçiləri kaset sursatları olan ballistik raketlərdən istifadə edərək, Sumı şəhərinin mərkəzinə ikiqat raket zərbəsi endiriblər.

Bu hücum şəhərin mərkəzində olub və Palm Sunday-in böyük bayramında baş verib. Atəş küçələrin insanlarla dolduğu bir vaxtda baş verib ki, bu da dinc əhali arasında xeyli itkilərə səbəb olub.

Son məlumatlara görə, uşaqlar da daxil olmaqla azı 34 nəfər ölüb, yaralananların sayı isə artıq 11-i uşaq olmaqla 117 nəfərə çatıb.

Həmçinin bildirilib ki, qurbanların əksəriyyəti partlayış baş verən yerdən keçən trolleybusda olub.

Xuraman Etibarlı

İnterpress.az