Tramp və Zelenski arasında telefon danışığı başa çatıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Litvin bildirib.
O deyib ki, danışıqlar təxminən bir saat davam edib
***
21:38
Tramp və Zelenski hazırda telefonla danışır.
İnterpress.az xəbər verir ki, “Financial Times”ın Ukraynadakı baş müxbiri Kristofer Miller Ukrayna prezidentinin komandasındakı mənbəyə istinadən Tramp və Zelenski arasında hazırda telefon danışığının olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlara başlamaq barədə razılığa gəldiyini bildirib.
“Biz razılaşdıq ki, komandalarımız dərhal danışıqlara başlasın. Və biz Ukrayna prezidenti Zelenskiyə zənglə başlayacağıq ki, bu söhbət barədə ona məlumat verək. Mən bunu elə indi edəcəm”, – o, “Truth” sosial şəbəkəsində yazıb.
Daha sonra Ukrayna prezidentinin ofisi söhbətin bitdiyini təsdiqləsə də, söhbətin təfərrüatları açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az