Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaşın vəfatının 13-cü ildönümüdür. Bu münasibətlə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı paylaşım edib.
İnterpress.az-ın məlumatında görə, paylaşımda deyilir:
“Şimali Kipr Türk Cümhuriyyətinin qurucu, lideri, tək Kıbrıs türklərinin deyil, türk dünyasının yetişdirdiyi nadir dövlət xadimlərindən biri olan, ŞKTR qurucu prezidenti, Kıbrıs lideri Rauf Denktaşı onun vəfatının 13-cü il dönümündə rəhmət və özləmlə yad edirik.
Keçmişdə işğala və əsarətə dirənmiş, müstəqillik şövqü ilə Kıbrıs türklərinə ümid aşılayan bu böyük dövlət xadimi hələ sağlığında da əfsanəyə çevrilmişdi.
İnanclarına və hədəflərinə möhkəm bağlı olan, doğru bildiyindən əsla geri addım atmayaraq KKTC-nin dövlət olaraq tanınması üçün son nəfəsinə qədər mübarizə aparması onu bir lider olaraq daima hörmət, rəhmət və özləmlə xatırladacaq”.