Trampın komandası hərbi əməliyyatları dayandırması üçün Rusiyaya təzyiq etmək variantlarını hazırlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
ABŞ administrasiyası Rusiyaya iqtisadi təzyiqi artırmaq üçün bir sıra variantlar hazırlayıb. Çünki prezident Vladimir Putin Ukraynada müharibəni dayandırmaq üçün addımlar atmaqda gecikir.
Adının açıqlanmasını istəməyən mənbələr, diplomatik səylərin davam etdiyi üçün prezident Donald Trampın hələ qərar vermədiyini vurğulayıb.
Onlar mümkün variantların təfərrüatlarını açıqlamaqdan imtina ediblər və yekun qərarın yalnız prezident tərəfindən veriləcəyini vurğulayıblar.
Xuraman Etibarlı
İnterpress.az