Trampın Qəzza planı TƏSDİQLƏNDİ – Müharibədən sonra İLK böyük addımbackend

Trampın Qəzza planı TƏSDİQLƏNDİ – Müharibədən sonra İLK böyük addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası Donald Trampın Qəzza üzrə sülh planını təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

BMT Təhlükəsizlik Şurası ABŞ-ın hazırladığı və Donald Trampın Qəzza üçün irəli sürdüyü 20 maddəlik sülh planına əsaslanan qətnaməni qəbul edib.

Qətnamə Beynəlxalq Təhlükəsizlik Qüvvəsinin bölgəyə göndərilməsini nəzərdə tutur. Səsvermə zamanı 13 ölkə sənədin lehinə çıxıb, Rusiya və Çin isə bitərəf mövqe tutub.

Bu, 2 illik müharibədən sonra beynəlxalq ictimaiyyətin Qəzza üzrə ilk geniş razılaşmasıdır.

Xuraman Etibarlı

İnterpress.az