Tunisdə meşə yanğınlarının baş verdiyi bölgədə yaşayan insanlar təxliyə edilibbackend

Tunisdə meşə yanğınlarının baş verdiyi bölgədə yaşayan insanlar təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisin şimal-qərbində yerləşən Cenduba əyalətində meşə sahəsində baş verən yanğınlarla əlaqədar bölgə sakinləri təxliyə edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cenduba əyalətinin Tabarka şəhərində Malula meşəsində davam edən yanğının ərazisi güclü küləyin təsiri ilə genişlənib.

Yanğının rayondakı evlərə keçmə təhlükəsi ilə üzləşdiyini vurğulayaraq, aşağıdakı ifadələrdən istifadə olunub:

“Davam edən yanğınlardan zərər görməmək üçün Əlcəzair sərhəd bölgəsinə yaxın yaşayan insanlar tamamilə təxliyə edilib. Söndürmə işləri hava, quru və dəniz yolu ilə davam edir”.

İyulun 18-də Malula meşəsində başlayan yanğında 8 hektar əraziyə ziyan dəyib. İyulun 20-də Əlcəzairə açılan Malula Sərhəd Qapısı idarə oluna bilməyən meşə yanğını səbəbindən müvəqqəti olaraq bağlanıb.

Cenduba əyalətində ötən ilin avqustunda baş verən yanğınlarda 450 hektar meşə sahəsi zərər görüb.

Tunisdə yüksək temperatur meşəlik ərazilərdə yanğın riskini artırır. İyulun ilk günlərində “görünməmiş” isti dalğasından təsirlənən ölkədə orta temperaturun 50 dərəcəni keçdiyi bildirilib.

İyulun 9-da bazar günü ölkənin cənubunda yerləşən Tüzer şəhərində havanın temperaturu kölgədə 48,9, günəşdə isə 57,3 dərəcəyə çatıb.