Turan Bankda kütləvi dava – nə baş verir? – ANBAAN VİDEObackend

Turan Bankda kütləvi dava – nə baş verir? – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Turan Bankda insident olub.

Bildirilib ki, insident bankın Cəlilabad filialında qeydə alınıb.

Məlumatda qeyd olunur ki, Turan bankın əməkdaşları ilə bankın xidmətlərindən yararlanmaq istəyən müştəri – Qarabağ qazisi arasında insident yaşanıb.

Məlumata görə, insidentə bank işçilərinin Qarabağ qazisini növbədə xeyli gözlətmələri səbəb olub. Səhərdən axşama qədər növbə gözlədiyini iddia edən qazi bank işçilərinə irad bildirib.

Bundan sonra mübahisə davaya çevrilib.

Həmçinin qeyd olunur ki, bankda xidmət səviyyəsinin xeyli aşağı olması müştərilər tərəfindən daima narazılıqla qarşılanıb.

Müştərilər dəfələrlə bu narazılıqlarını bank rəhbərliyinə çatdırsalar da, nəticəsi olmayıb.