Turistlərin Azərbaycanda ov etməsinə qadağa qoyulması təklif edilib.
İnterpress.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında çıxış edib.
Deputat bildirib ki, Qızılağac qoruğuna səfəri zamanı orada sanki müharibənin getdiyini görüb: “Hazırda dünyada səhralaşma gedir, ona görə də əcnəbilərin ölkəmizdə ov etməsinə qadağa qoymaq daha məqsədə uyğun olar”.