Türkiyə 130 ölkəyə velosiped və motosiklet ixrac etdibackend

Türkiyə 130 ölkəyə velosiped və motosiklet ixrac etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədəki velosiped, moped və motosiklet istehsalçıları 2022-ci ildə 130 ölkəyə ixrac edib.

Bu barədə İnterpress.az yerli mediaya istinadın xəbər verir.

Avtomobil Sənayesi İxracatçıları Birliyinin məlumatlarına görə, 2021-ci ildə rekord qıran 141 milyon 526 min dollar olan velosiped, motosiklet və motosiklet sektorunun ixracatı son olaraq 141 milyon 282 min dollar olaraq qeyd edilib.

Keçən ili 2021-ci ilə yaxın rəqəmlərlə bağlayan sektor nümayəndələri ən çox Avropaya ixrac edib və Almaniya bu ölkələr arasında birinci olub. Bu ölkəyə ixrac əvvəlki ilə nisbətən yüzdə 30-dan çox artaraq 17 milyon 406 min dollardan 22 milyon 738 min dollara yüksəldi.

Almaniyadan sonra ən çox ixrac edilən ölkə olan Fransaya xarici satışlar yüzdə 20 artaraq 17 milyon 314 min dollardan 20 milyon 918 min dollara yüksəldi.

2021-ci ildə 17 milyon 43 min dollarlıq velosiped, moped və motosikletin göndərildiyi üçüncü yerdə olan Finlandiyaya ixrac təxminən yüzdə 7 artımla 18 milyon 226 min dollara çatıb.