Türkiyə Avropanın Rusiya qazı ilə bağlı tələblərini rədd etdi — “Politico”backend

Türkiyə Avropanın Rusiya qazı ilə bağlı tələblərini rədd etdi — “Politico”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Avropanın Rusiya qazı ilə bağlı tələblərini rədd edib.

Interpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Türkiyə Avropa İttifaqının Rusiyadan enerji resurslarının idxalına tam qadağa qoymaq planını dəstəkləməyib və bu mövqeyi ilə Rusiyadan Avropaya qaz nəqlində tranzit mərkəzə çevrilə biləcəyini göstərib.

Bildirilib ki, Avropa İttifaqı 2027-ci ilin sonundan etibarən Rusiya qazının idxalını tamamilə dayandırmağı planlaşdırır. Lakin Ankara bu təşəbbüsə qoşulmaqdan imtina edib, bu isə Avropa rəsmilərində Türkiyə üzərindən “kölgə qaz ticarəti” riski ilə bağlı narahatlıq yaradıb.

Türkiyənin Xarici İşlər Nazirliyi Politicoya açıqlamasında bildirib ki, Avropa İttifaqının sanksiyaları yalnız onun daxili məsələsidir:

“Beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalar dünya iqtisadiyyatı və enerji təhlükəsizliyi üçün risk yaradır. Türkiyə yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan tədbirləri tətbiq edir,” – nazirlikdən qeyd olunub.

Avropa siyasətçiləri isə Türkiyənin bu mövqeyini Aİ-nin enerji təhlükəsizliyi üçün potensial təhlükə kimi qiymətləndirirlər.

Xuraman Etibarlı

Interpress.az