Türkiyə Kral Hərbi Hava Qüvvələrinə məxsus 12 ədəd hərbi-nəqliyyat təyyarəsinin alınmasını təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə Birləşmiş Krallığın Hərbi Hava Qüvvələrinə məxsus 12 ədəd istismardan çıxarılmış C-130J-30 tipli hərbi-nəqliyyat təyyarəsinin alındığını təsdiqləyib.
Hazırda təyyarələr texniki baxışdan keçirilir və modernləşdirilir. Onların 2026-cı ilin əvvəlində Ankaraya təhvil verilməsi planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






