Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni əməliyyat keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının rəhbərlərindən biri olan Mutlu Kacar məhv edilib.
“Karker Andok” kod adlı terrorçunun təşkilatın Aynularab bölgəsi üzrə məsul şəxsi olduğu qeyd edilib.