Türkiyə səfiri: “Co Bayden Qarabağdakı vəziyyətə ədalətli qiymət vermək üçün çox uzaqdır”backend

Türkiyə səfiri: “Co Bayden Qarabağdakı vəziyyətə ədalətli qiymət vermək üçün çox uzaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ABŞ prezidentliyinə namizəd Co Baydeni Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmağa çağırdı.

İnterpress.az xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç ABŞ prezidentliyinə namizəd Co Baydenin Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyətlə bağlı mövqeyini qınayıb.

“Əgər təcavüzə məruz qalan ölkə ilə işğalçı dövlət arasındakı fərqi müqayisə etsə idiniz, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq administrasiyadan (Donald Tramp) Azərbaycan torpaqlarının qanunsuz olaraq erməni işğalına son qoyulması prosesinin irəliləməsini tələb etsəydiniz, o zaman bu, ədalətli olardı”, – deyə Türkiyə diplomatik nümayəndəliyinin rəhbəri “Twitter”də bunu yazıb.

C.Bayden daha əvvəl Tramp administrasiyasını Ermənistan-Azərbaycan münaqişə zonasında atəşkəsin bərpası üçün müvafiq addımlar atmağa və “Türkiyə kimi ölkələrin münaqişəyə qarışmasının qarşısını almağa” çağırıb.

Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun cəbhə boyu bütün mövqelərini, eləcə də cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini intensiv atəşə məruz qoyaraq Azərbaycana qarşı genişmiqyaslı təxribatlar həyata keçirib, bunun nəticəsində Ermənistan-Azərbaycan münaqişə zonasında gərginlik artıb.

Münaqişədə iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından istifadə olunub. Mülki infrastruktura ciddi ziyan dəyib.

Azərbaycan ordusunun ön hissələri düşmən təxribatını yatırmaq və münaqişə xətti yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görüb.

Müharibənin ilk günləri Azərbaycanın bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunması ilə nəticələnib.

 

İnterpress.az