Türkiyə Silahlı Qüvvələrində FETÖ-yə qarşı əməliyyat keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Türkiyənin 9 vilayətində, mərkəzi Konya olmaqla, Silahlı Qüvvələrdə FETÖ-nün gizli strukturlarına qarşı əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 20 nəfər saxlanılıb, daha 5 şübhəlinin axtarışları davam edir.
Xatırladaq ki, 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhdin ardından FETÖ Türkiyədə, eləcə də Körfəz ölkələrində və Pakistanda terror təşkilatı kimi tanınıb.
2024-cü il oktyabrın 20-də təşkilatın rəhbəri Fətullah Gülən ABŞ-da xəstəxanada vəfat edib.
Xuraman Etibarlı
İnterpress.az






