Ermənistan bu gündən yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazırdırbackend

Ermənistan bu gündən yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz ilk dəfə olaraq Ermənistanın büdcəsini Azərbaycanla qurulmuş sülh şəraitində müzakirə edirik”.

İnterpress.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə büdcə dinləmələrində bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu ilə tranzitini təmin etməyə hazırdır.

“Hazırda bu, Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variantdır”, – Baş nazir əlavə edib.