Türkiyə Suriyanın şimalında yeni antiterror əməliyyatına başlayırbackend

Türkiyə Suriyanın şimalında yeni antiterror əməliyyatına başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında yeni antiterror əməliyyatının başladığını açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

“Türkiyə sərhədindən 30 km məsafədə “təhlükəsizlik zonası”nın formalaşmasının yeni mərhələsi başlayır. Biz Tell-Rıfat və Münbiçi terrorçulardan təmizləyirik”, – deyə Ərdoğan söyləyib.

Onun sözlərinə görə, bunun ardınca Türkiyə ilə digər sərhədyanı ərazilərin yaraqlılardan təmizlənməsinə dair yeni mərhələlər başlayacaq.